Image
Image
2024-03-28

VƏTƏNİN LAYİQLİ ÖVLADI

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Himayəçilik Şurasının üzvü, Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü, YUNESKO-nun Azərbaycan Milli MaB (İnsan və Biosfer) Komitəsinin sədri, Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında “Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülən, elm və təhsil sahəsində göstərdiyi yüksək nailiyyəti və gənclərimizin yüksək mütəxəssis kimi formalaşmasında məxsusi yeri olan layiqli şəxsiyyət Urxan Kazım oğlu Ələkbərov “Dədə Qorqud” Milli Fondunun və “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının Ağsaqqal Şurası və İdarə Heyətinin qərarı ilə “Vətən Övladı” ordeninə layiq görülmüşdür. Orden 05.03.2024-cü il tarixdə “Dədə Qorqud” Milli Fondunun rəhbəri və “Azərbaycan Dünyası” Beynəlxalq jurnalının baş redaktoru və təsisçisi Eldar İsmayıl tərəfindən Azərbaycan Prezidenti yanında İdarəçilik Akademiyasında təqdim edilmişdir. Tədbirdə Fondun İdarə Heyəti və Akademiyanın professorları iştirak etmişdir.