Image
Image
2024-03-28

Ziyalı ömrünün PARLAQ SƏHİFƏSİ

Rəşid Rzayev Azərbaycan tarixi ilə dərindən maraqlanaraq onun qədimliliyini və zənginliyini sübut edən numizmatik materiallar əsasında Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən çoxlu sayda materiallar və sənədlər toplayıb.

Rəşid Rzayev hüquqşünas ailəsində dünyaya göz açıb. Atası Şükür Rzayev ömrünün sonuna qədər dinclik bilmədən yorulmadan qanunun keşiyində dayanıb. Peşəsini dərin məhəbbətlə sevən Şükür Rzayev, ailəsini də diqqətdən kənarda saxlamayıb. Övladlarını düzgün istiqamətə yönəltmək, bir şəxsiyyət kimi formalaşmasında böyük rolu olmuşdur. Mübarizlik-qorxmazlıq Sükür Rzayevin həyat simvolu olub. Bu gün Rəşid Rzayev də atasının davamçısı olaraq bu missiyanı yüksək potensial və bacarıqla həyata keçirir. Rəşid Rzayev Azərbaycan Dövlət Universitetinin Hüquq fakultəsini bitirib. Universiteti bitirdiyi ildən etibarən bu günə qədər müxtəlif vəzifələrdə çalısaraq iş sahəsində öz imzasını atmışdır. Rəşid Rzayev qayğıkeş ata və mehriban babadır. Azərbaycan tarixi ilə dərindən maraqlanaraq onun qədimliliyini və zənginliyini sübut edən numizmatik materiallar əsasında Azərbaycan tarixinin müxtəlif dövrlərini əks etdirən çoxlu sayda materiallar və sənədlər toplamışdır. Numizmatikanın əsl mənası latınca (numizmasikkə) sikkələr, onların zərb tarixi, qiyməti, istifadə edilən müddəti, nominal və həqiqi dəyərlərini öyrənən elmdir. Numizmatika sözü latın dilindən yunan dlinə keçərək müəyyən dəyişikliyə uğrayaraq “moneta” kimi tərcümə olunur ki, bu da “təyin edirəm”, “qanuniləşdirirəm” kimi mənalar verir. R. Rzayevin yaratdığı şəxsi kolleksiya əsasında çoxəsirlik dövlətçilik tariximizi əks etdirən qızıl, gümüş, misdən hazırlanmış sikkələrə rast gəlinir. Bu da eyni zamanda Onun Azərbaycan tarixinə, elm sahəsinə verdiyi misilsiz bir tövhədir. Topladığı numizmatik materiallar əsasında “Azərbaycan tarixi” adlı eyni bir kitab ərsəyə gətirmişdir. Dərs vəsaiti olan bu kitab ilk dəfə olaraq təqdim olunur. Qədim sikkələrin nominal dəyəri, onların bu günə qədər qorunub saxlanması tariximizi öyrənmək baxımından çox qiymətli mənbədir. Numizmatik materiallar içərisində Sasanilərə aid olan bəzi pulların üzərində “Bərdə 25”, “Dərbənd 37”, “Naxçıvan 31” və s. Azərbaycanın digər şəhərlərinin adları vardır. Bu tarixi kitabla yaxından tanış olan oxucu Azərbaycan dövlətinin bir daha qədimiliyi, coğrafi mövqeyini və tarixdən bəlli olmayan bir çox həqiqətləri elmi mənbə olaraq dərs vəsaiti kimi əldə edə biləcəkdir. Bir daha qeyd edək ki, Rəşid Rzayev numizmatik materiallar əsasında topladığı zəngin kolleksiyalar tariximiz üçün misilsiz tövhədir. Təbii ki, bu da R. Rzayevin illərlə çəkdiyi zəhmətin və gərgin əməyin bəhrəsidir ki, bu tarixi sikkələri qoruyub saxlayaraq bu günə kimi gətirib çıxarmışdır. Hər zaman tarixi şəxsiyyətlərə və ziyalılara önəm verərək bu xoşməramlı missiyanı layiqincə davam etdirən “Azərbaycan Dünyası” beynəlxalq jurnalının coxsaylı oxucularının xahişi ilə “Dədə Qorqud” Milli Fondunun Ağsaqqallar Şurası və İdarə heyəti hüquqşünas, fəlsəfi elmlər doktoru, gözəl insan olan R. Rzayevin Azərbaycan tarixinə verdiyi bu elmi töhfəni yüksək səviyyədə dəyərləndirmişdir. Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərinə, əsl vətənpərvərliyinə, dövlətinə, tarixinə, xalqına qəlbən bağlılığını elmi sübutlarla Azərbaycan tarixində qaranlıq qalan səhvləri işıqlandırdığına görə onu “Dədə Qorqud” Milli Fondu və “Azərbaycan Dünyası” beynəlxalq jurnalının birgə təsis etdiyi “Vətən Övladı” və “Ədalətin Qılıncı” ordenlərinə layiq görülmüş və təltif edilmişdir. Numizmatik materiallar içərisində Səfəvi hökmdarlarının, Osmanlı sultanlarının, Azərbaycan xanlarının adına, İrəvan və Qarabağda zərb olunmuş pullar vardır ki, bu da İrəvan şəhərinin və ətraf ərazilərin əzəli qədim Azərbaycan torpağı olduğunu bir daha sübut edir.

*