Image
Image
Dünya Türkləri Birləşin!!!

Türk Dünyasının yüksək mükafatı olan "Mehriban Ana" ordeninə layiq görülən qayğıkeş ,mehriban türk xanımı .

Image
2024-03-04

Azərbaycan Dədə Qorqud Milli Fondu, və Azərbaycan Dünyası beynəlxalq jurnalının Ağsaqqallar Şurası və İdarə Heyətinin qərarı ilə , İstanbulda fəaliyyət göstərən “Özbək Qadın haqqları” Fondunun prezidenti Ozoda İslamovanı, Özbek Qadın haqqları Fondundakı aktiv fəaliyyətlərinə, dünya qadın haqqları , onların təhsil, təlim, sosial və ictimai həyat şəraitlərinin daha da yaxşılaşdırılması işlərində göstərdiyi təmənnasız xidmətlərinə görə və anadan olmasının 40 illiyi Münasibəti ilə Azərbaycan Dədə Qorqud Milli Fondu və Azərbaycan Dünyası beynəlxalq jurnalının təsis etdiyi "Mehriban Ana" Ordeni ilə mükafatlandırılmışdır. Türk dünyasının bu yüksək mükafatı Ozoda İslomovaya 2024-cü ilin 4 mart tarixində Dünya Qadınlar günü ərəfəsində Azərbaycan Dədə Qorqud Milli Fondunun rəhbəri və Azərbaycan Dünyası beynəlxalq jurnalının baş redaktoru və təsisçisi hörmətli Eldar İsmayıl tərəfindən Bakı şəhəri "Avropa Liseyi" də təntənəli surətdə təqdim edilmişdir. Tədbirdə Psixologiya üzrə fəlsəfə doktoru, professor, BDU-nin Gender və psixologiya kafedrasının rəhbəri Rəna xanım İbrahimbəyova, Bakı-Avropa liseyinin direktoru, psixologiya üzrə fəlsəfə doktoru Zülfiyyə xanım Veysova, Azərbaycanın əməkdar artisti və "Floristika" İncəsənətə Dəstək İctimai Birliyinin yaradıcısı Suğra xanım Bağırzadə, Dünya Rəssamlar İttifaqının üzvü Nərminə xanım Nəcəfova və "Dədə Qorqud" Milli Fondunun Türkiyə təmsilçisi, Azərbaycanın Əməkdar İncəsənət Xadimi professor Rafiq Əziz iştirak edirdilər.

Image
PLAY NOW - PLAY NOW - PLAY NOW -