Image
Image
Dünya Türkləri Birləşin!!!

Özbəkistan Dövlət Rəssamlıq Akademiyasının Rektoru , Özbəkistanın Xalq rəssamı , Özbəkistan Gözəl Sənətlər Akademiyasının Akademiki , Professor Akmal Vahoboviç Nureddinov "QIZIL ÜRƏK" ordeni ilə mükafatlandırılmışdır.

Azərbaycan Dədə Qorqud Milli Fondu və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının İdarə Heyəti və Ağsaqqallar şurasının qərarı ilə, Qzbəkistan Dövlət Rəssamlıq Akademiyasının Rektoru, Özbəkistanın xalq rəssamı , professor Akmal Vahoboviç Nurəddinov Özbəkistan Təsviri sənətinin və milli mədəniyyətinin inkişafındakı aktiv fəaliyyətlərinə, yetişməkdə olan gənc nəslin estetik tərbiyəsinin inkişafı işlərində ,eləcədə onların bədii təhsil, təlim və tərbiyəsinin daha da formalaşdırılmasında göstərdiyi yüksək xidmətlərinə görə və anadan olmasının 65 illik yubileyi münasibəti ilə Azərbaycan Dədə Qorqud Milli Fondu və "Azərbaycan Dünyası" beynəlxalq jurnalının təsis etdiyi “QIZIL ÜRƏK” Ordeni ilə mükafatladırmışdır. Türk Dünyasının bu yüksək mükafatı Akmal Vahoboviç Nurəddinova 15-19 aprel 2024 tarixində Daşkənd şəhərində keçiriləcək sənət festifalı ərəfəsində Azərbaycan Dədə Qorqud Fondu prezidenti və Azərbaycan Dünyası jurnalının baş redaktoru hörmətli Eldar İsmayıl tərəfindən Onlayn şəklində Daşkənd şəhərində təntənəli surətdə təqdim ediləcək. Azərbaycan Dədə Qorqud Milli Fondu Türkiyə təmsilçisi,
Azərbaycan Əməkdar İncəsənət Xadimi, professor Refik Aziz